Fransa Əlcəzairdən üzr istəmək barədə açıqlama verdi

Fransa Əlcəzairdən üzr istəmək barədə açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, fransız tarixçi Benjamin Storanın Fransa Prezidenti Emmanuel Makrona "Müstəmləkə və Əlcəzair müharibəsi xatirələri" mövzusunda hesabat təqdim etməsi gözlənilir.

Storaya görə, bu hesabat iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək. Stora "Bu acı xatirələrin Fransa cəmiyyətini parçalamağa davam etməməsini təmin etmək istəyirəm. Makronun istəyi Fransanı öz keçmişi ilə barışdırmaqdır", - deyib.

Hesabat təqdimatından əvvəl Yelisey Sarayından məsələ ilə əlaqədar açıqlama gəlib. Yelisey Sarayı hesabat təqdim edildikdən sonra "nə üzrdən, nə də peşmançılıq nitqindən" söhbət gedə bilməz və yalnız simvolik fəaliyyətlərin icrası planlaşdırıldığını açıqlayıb.

2017-ci ilin fevralında prezidentliyə namizəd olan Makron Əlcəzairdəki Fransa müstəmləkəçiliyini "insanlığa qarşı cinayət" olaraq xarakterizə etmişdi.

 

Mənbə: eastnews.org