ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanı sərt tənqid edərək onu "iflas etmiş ölkə" adlandırıb. O bildirib ki, ölkə Şimal dənizinin zəngin neft ehtiyatlarından istifadə etmək əvəzinə külək enerjisinə üstünlük verir.
Tramp Böyük Britaniya baş naziri Endi Börnemlə görüşündən bir gün əvvəl etdiyi çıxışda britaniyalıların "qızıl üzərində oturduğunu", lakin bunu dəyərləndirmədiyini deyib.
ABŞ liderinin sözlərinə görə, Böyük Britaniya Şimal dənizindəki neft və qaz yataqlarını tam şəkildə istismara açarsa, yenidən zəngin ölkəyə çevrilə bilər. Əks halda isə iqtisadi problemlərdən qurtula bilməyəcək.
Tramp külək elektrik stansiyalarını da kəskin tənqid edərək bildirib ki, külək dəyirmanlarına güvənən hər bir ölkə sonda böyük maliyyə itkiləri ilə üzləşəcək.
Xatırladaq ki, Leyborist Partiyasının 2024-cü il seçki proqramında Şimal dənizində yeni neft və qaz hasilatı lisenziyalarının verilməyəcəyi vəd edilmişdi. Lakin yeni baş nazir Endi Börnemin bu məsələdə mövqeyini yumşaltdığı bildirilir. Böyük Britaniyanın energetika naziri Miatta Fanbulleh də neft və qazın ölkənin enerji sisteminin mühüm hissəsi olaraq qaldığını bəyan edib, lakin konkret planları açıqlamayıb.
Adəm
Mənbə: publika.az