İran, BMT-dəki nümayəndəsinin Co Bayden Administrasiyasının rəsmilərilə təmaslar qurmasını təkzib edib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
İran XİN rəhbəri bildirib ki, ölkənin BMT-dəki nümayəndəsi Məcid Təxti-Rəvançinin Co Bayden Administrasiyasının təmsilçilərilə görüşməsi iddiası əsassızdır.
Cavad Zərif eyni zamanda ABŞ-da nüvə sazişinə qayıtmaqla bağlı çağırışları alqışladığını deyib.
O əlavə edib ki, gələcəkdə baş tutacaq danışıqlarda nüvə sazişinə digər məsələlərin, o cümlədən, ballistik raketlər proqramı və sair məsələlərin daxil edilməsindən söhbət belə gedə bilməz.