Azadlıq tarixinin 31 illik qan yaddaşı - VİDEO

Azadlıq tarixinin 31 illik qan yaddaşı - VİDEO

20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Quba sakinləri Şəhidlər xiyabanında Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzdü.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlar pislənildi.

Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirildi. Həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib.

Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları unutmur, xatirələrini daim uca tutur. Ötən illər ərzində yetişən gənc nəslin məhz vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Vətən müharibəsi xalqımızın qələbəsi ilə yekunlaşdı.

Mənbə: www.realtv.az