İsrail səfiri də Şəhidlər xiyabanını ziyarət etdi FOTO

İsrail səfiri də Şəhidlər xiyabanını ziyarət etdi FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər xiyabanını ziyarət edib.

Virtualaz.org bildirir ki, o, bu barədə “Tvitter” hesabında yazıb.

“Qara Yanvar qurbanlarını yad etmək üçün soyuq havada bu qədər çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların gəldiyini görmək çox xoş idi. Bu xalqın birlik və hörmət ruhu bu hadisələrin qurbanlarının xatirəsinə hörmət göstərmələrində də özünü göstərir”, - diplomat yazıb.

Corc Dik başqa bir qeydində isə vurğulayıb ki, o, Şəhidlər xiyabanına "Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini yad etmək üçün" gəlib.

Mənbə: virtualaz.org