Tramp vida nitqi söylədi və Ağ Evi tərk etdi

Tramp vida nitqi söylədi və Ağ Evi tərk etdi

Səlahiyyət müddəti başa çatan ABŞ-ın 45-ci prezidenti Donald Tramp və ölkənin birinci ledisi Melaniya Tramp Ağ Evi tərk edib.

Teleqraf.com xəbər verir ki, onlar 4 ildir yaşayıb işlədikləri Ağ Evi az öncə tərk ediblər.

Cütlüyün Ağ Evi tərk etməsi dünyanın aparıcı telekanalları tərəfindən canlı yayımlanıb.

Donald Tramp Ağ Evin giriş qapısında dayanan jurnalistlərə qısa açıqlama verib. Tramp vida nitqində Co Bayden administrasiyasının gəlişini etiraf edib və ona uğurlar arzulayıb.

Bunan əlavə Tramp son onilliklər ərzində heç bir yeni müharibə başlatmayan ABŞ prezidenti olması ilə fəxr etdiyini bildirib.

Daha sonra Ağ Evin həyətində sırf ABŞ prezidentlərini daşımaq üçün nəzərdə tutulmuş ABŞ Hava Qüvvələrinə məxsus “US Air Force One” vertolyotuna minərək havaya qalxıb. Prezidentlə birgə onun övladları – İvanka, oğlu kiçik Donald Tramp və İvankanın əri Cerad Kuşner də vertolyota minib.

Beləliklə, Tramp ABŞ-ın müasir tarixində xələfinin inauqurasiyasını boykot edən ilk prezident olub.

Mənbə: teleqraf.com