Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə və yaxınlarına başsağlığı verib

Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə və yaxınlarına başsağlığı verib

“Bu kədərli gündə Aİ nümayəndə heyəti Azərbaycan xalqı ilə birlikdə Qara Yanvar faciəsi qurbanlarına yas tutur”.

İnterAz xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Faciəli hadisələr daha yaxşı gələcək üçün sülh, barışıq və humanizmə ehtiyac olduğunu göstərir. Yanvar hadisələri qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - səfir bildirib.

Mənbə: www.interaztv.com