Tramp səlahiyyət müddətinin bitməsindən bir neçə saat əvvəl 73 nəfəri əvf edib

Tramp səlahiyyət müddətinin bitməsindən bir neçə saat əvvəl 73 nəfəri əvf edib

Ağ Evin bildirdiyinə görə, vəzifədən gedən ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətinin bitməsindən bir neçə saat əvvəl, çərşənbə günü səhər tezdən 73 nəfəri əvf edib, 70 nəfərin isə cəzasını yüngülləşdirib.

Əfv edilənlər arasında Tampın keçmiş kampaniya meneceri və ABŞ-ın cənub sərhədində çəkiləcək divar layihəsinə maliyyə yardımı edən minlərlə investoru aldatmaqda ittiham olunan keçmiş məsləhətçisi Stiv Bennon da var. Prokurorlar isə Bennonun kampaniya rəsmilərinə bir miylon dollardan artıq vəsait ödədiyini və şəxsi xərclərinə sərf etdiyini bildirir.

Tramp kampaniyası üçün maliyyə toplayan və keçən il xarici lobbiçilik qanunlarını pozduğunu boynuna alan Eliot Broydi də əfv edilənlər arasındadır.

Tramp vəzifələrindən sui-istifadə, rüşvət və saxtakarlıq ittihamları ilə 20 ildən çox həbs cəzasına məhkum edilmiş keçmiş Detroyt meri Kvame Kilpatrikin cəzasını yüngülləşdirib.

Prezident federal silah ittihamı irəli sürülən və günahkar olduğunu etiraf edən Lil Veyn kimi tanınan repçi Dveyn Karteri də əfv edib.

Tramp bundan əvvəl də keçmiş kampaniya meneceri Pol Manafort, müşaviri Rocer Ston, ilk milli təhlükəsizlik müşaviri Maykl Flin və kürəkəninin atası Çarlz Kuşner də daxil olmaqla, uzun müddətli dostları və tərəfdarları üçün bir sıra əfv fərmanları imzalamışdı.

Mənbə: www.amerikaninsesi.org