“20 Yanvar bizim üçün də qara bir gündür” – MHP-Lİ BƏLƏDİYYƏ BAŞÇISI

“20 Yanvar bizim üçün də qara bir gündür” – MHP-Lİ BƏLƏDİYYƏ BAŞÇISI

Türkiyənin Milliyətçi Hərəkat Partiyasından (MHP) seçilmiş bələdiyyə sədri Nəcip Topuz, Hurriyyet.org vasitəsilə “20 Yanvar” qırğının 31-ci ildönümü ilə əlaqədar açıqlama verib.

Türkiyənin Adana bölgəsinin Karataş qəsəbəsi üzrə seçilmiş bələdiyyə sədri, “20 Yanvar” qırğının türk dünyasının yaşadığı ən ağrılı günlərdən biri olduğunu bildirib:

“Azərbaycanlı qardaşlarımızın dediyi kimi “Qara Yanvar” bizim üçün də qara bir gündür”

MHP-li bələdiyyə baçısı Nəcip Topuz, “20 Yanvar” şəhidlərimizi rəhmətlə anıb:

“Azərbaycanın müstəqillik illərində önəmli yeri olan “20 Yanvar” hadisələrində həyataını itirən 137 şəhidimizi minnətdarlıqla anır, yaraılılarımıza şəfa diləyirəm. Azərbaycanın müstəqilliyi uğrunda hıyatını itirmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

 

Mənbə: kanal24.az