Türkiyəli bələdiyyə sədri: “20 Yanvar qətliamı içimizidə qara bir gündür”

Türkiyəli bələdiyyə sədri:  “20 Yanvar qətliamı içimizidə qara bir gündür”

Türkiyənin Anada şəhərinin Karataş rayonunun bələdiyyə sədri Necip Topuz 20 yanvar qətliamı ilə bağlı açıqlama yayıb.

Milliyyətçi Hərəkat Partiyasından bələdiyyə sədri seçilən Necip Topuz 20 Yanvar qətliamını Türk dünyasının yaşadığı ən ağrılı günlərdən biri hesab edib:

“Azərbaycanlı qardaşlarımızın dediyi kimi “Qara Yanvar” bizim üçün qara bir gündür. Azərbaycanın müstəqilliyində mühüm yeri olan 131 şəhidimizi, yaralanan qazilərimizi minnətdarlıqla anırıq. Onların xatirəsi daima qəlbimizdə yaşayacaqdır”.

Mənbə: moderator.az