Bayden 15 fərman imzalayacaq: Trampın qərarları qüvvədən salınır

Bayden 15 fərman imzalayacaq: Trampın qərarları qüvvədən salınır

ABŞ prezidenti kimi bu gün fəaliyyətə başlayacaq Co Bayden ilk olaraq sələfi Donald Trampın siyasətini dəyişdirmək üçün 15 qərar imzalayacaq.

Teleqraf.com xəbər verir ki, Baydenin mətbuat katibi Jen Psaki bu addımların atılacağını təsdiq edib:

“Pandemiya, iqtisadi, iqlim dəyişikliyi və etnik bərabərsizlik böhranlarına qarşı mübarizə məqsədilə yeni prezident fərmanlar verəcək. Qərarlar arasında federal işçilər və federal binalarda olanların maska taxmaq məcburiyyəti də olacaq.

Bayden ayrıca ABŞ-ın Paris İqlim Müqaviləsinə qayıtması üçün yeni mərhələ başladacaq. Bundan başqa, Meksika sərhədində tikiləcək divar üçün maliyyə tapılması və əhalisinin böyük hissəsinin müsəlman olan bəzi ölkələrə səyahət qadağasının tətbiqi üçün Tramp tərəfindən verilən qərarların qüvvədən salınmasına dair addımlar da atacaq".

Mətbuat katibi əlavə edib ki, yaxın günlər və həftələrdə bu çətinliklərə meydan oxumaq və yeni prezidentin ABŞ xalqına verdiyi vədləri yerinə yetirmək üçün əlavə fərmanları da olacaq.

Mənbə: teleqraf.com