Ermənistanda hakimiyyət dəyişir? Paşinyan müxalifətlə yeni sənəd imzalayacaq

Ermənistanda hakimiyyət dəyişir? Paşinyan müxalifətlə yeni sənəd imzalayacaq

Paşinyan hökuməti parlamentdəki müxalifətçilərlə razılıq əldə etmək niyyətindədir. Bir müxalif partiyaya "hə" deyən hökumət nümayəndəsi digərini də sənədi imzalamağa səsləyib.

Ermənistanın vitse baş naziri Tiqran Avinyan bəyan edib ki, ölkə rəhbərliyi parlamentin müxalifət fraksiyası ilə növbədənkənar seçkilərin keçirilməsi barədə memorandum imzalamağa hazırdır.

Sputnik Azərbaycan bu barədə -yə istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da Azərbaycanla Qarabağda atəşkəsə dair razılaşma imzalayandan sonra Yerevanda onun istefa tələbi ilə etiraz aksiyaları başladı. Müxalifət Paşinyanın yerinə ölkənin keçmiş rəhbəri Vazgen Manukyanı irəli sürdü. Dekabrın 25-də Paşinyan siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsini müzakirə etməyə dəvət etdi.

"Biz praktiki addımlara keçməklə ilkin mərhələdə növbədənkənar seçkinin keçirilməsi barədə memorandum imzalanmasını müzakirə edə bilərik", - parlamentdəki hökumət saatında "İşıqlı Ermənistan" müxalifət fraksiyasının deputatı Armen Yegizaryana cavab verən Avinyan deyib.

Yegizaryan bundan öncə partiyasının növbədənkənar seçkiyə hazır olduğunu bildirib.

Avinyan "siyasi məsələ həllini tapsın deyə" digər müxalifət partiyası olan "Çiçəklənən Ermənistan"ı da memoranduma qoşulmağa çağırıb.

Nikol Paşinyansa "parlament müxalifətinin onun 2021-ci ildə seçki keçirilməsi təklifini rədd etməsinə" təəccüblənib.

"Hakim qüvvə üçün özündən ötrü növbədənkənar parlament keçirməsi məntiqli deyil", - baş nazir deyib. Paşinyan əlavə edib ki, bu məsələ hələ də gündəmdədir və müzakirələr davam edir.

Mənbə: sputnik.az