Bayden - Harris administrasiyası fəaliyyətə başlayır

Çərşənbə günü Koronavirus pandemiyası səbəbi ilə miqyası azaldılmış inaqurasiya mərasimindən sonra Co Bayden ABŞ-ın yeni prezidenti, Kamala Harris isə ilk qadın vitse-prezidenti olacaq.

Mərasim adətən olduğu kimi Kapitolidən Milli Xiyabana qədər yüz minlərin izdihamı ilə keçirilməyəcək. Onun yerinə ABŞ-ın ştat və bölgələrini təmsil edən 200 min bayraq taxılıb.

Vəzifəyə başlamazdan əvvəl Bayden xalqa ABŞ-da 400 min insanın ölümünə və iqtisadiyyatda böhrana səbəb olan pandemiyanın qarşısında dayanmaqla bağlı birlik mesajını çatdırıb.

“Sağalmaq üçün bunu xatırlamalıyıq. Bəzən xatırlamaq çətin olur, lakin biz bu şəkildə sağala bilərik” - deyə, Bayden pandemiya səbəbindən həyatlarını itirənlərin xatirəsini anmaq üçün təxminən 400 işığın yandırıldığı Linkoln Memorialının qarşısında etdiyi çıxışı zamanı bildirib.

”Bunu bir dövlət olaraq etməliyik, bu səbəbdən bu gün buradayıq. Gün batandan gün doğana qədər qaranlıqda bu hovuz boyunca işıqları yandıraraq, itirdiklərimizin hamısının xatirəsini anaq” , Bayden deyib.

“Bir millət olaraq qarşılaşdığımız böhranlarla mübarizə aparmaq üçün bir saniyə belə itirməməliyikr” deyərək,and içdikdən sonra dərhal işə başlayacağına söz verib

Bayden və həyat yoldaşı Cill, Kamala Harris və əri Doq Emhoff birlikdə çərşənbə günü Vaşinqtondakı St. Matthew the Apostle kilsəsindəki ibadətdə iştirak edib.

İbadətin başlandığı vaxt vəzifəsindən gedən prezident Donald Tramp Ağ Evi tərk edib və Floridadakı iqamətgahına yola düşüb. Tramp son 150 ildən artıq bir müddətdə varisinin andiçmə mərasimində iştirak etməyən ilk ABŞ lideridir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Əliməmməd Nuriyev: İki ilə yaxındır kütləvi əfv olmayıb

SONRAKI XƏBƏR

İranda daha 6182 nəfər koronavirusa yoluxub –84 nəfər isə vəfat edib