Hakimiyyətinin son günündə Trampdan məhkumlara jest

ABŞ-da prezidentə əfv olunmaq üçün müraciət edilməsi nəzərdə tutulmayıb. Lakin prezidentlərin çoxu səlahiyyətindən istifadə edir. Trampın əfv etdikləri arasında maraqlı şəxslərin adı var

Donald Tramp prezidentliyinin sonuncu günündə 73 nəfəri əfv edib. "" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumatda ABŞ-ın 45-ci prezidentinin hakimiyyətinin son günündə daha 70 nəfərin cəzasını yüngülləşdirdiyi qeyd olunur.

Əfv olunanlar arasında Amerika liderinin keçmiş məsləhətçisi Stiven Bennon, Respublikaçılar partiyasının siyasi müşaviri Pol Erikson, eləcə də reperler Lil Wayne və Kodak Black də var.

ABŞ-da prezidentə əfv olunmaq üçün müraciət edilməsi nəzərdə tutulmayıb. Lakin prezidentlərin çoxu səlahiyyətindən istifadə edərək siyasi tərəfdarları da daxil olmaqla bir sıra şəxsləri cəzasının qalan hissəsini çəkməkdən azad edirlər.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Texnoloji cihazların sağlamlığa təsiri

SONRAKI XƏBƏR

ABŞ-ın Çin uyğurlarını genosid qurbanları kimi tanıması böyük beynəlxalq hadisədir