F-35, yoxsa Su-57? Test pilotu təkbətək savaşda hansının qalib gələcəyini söylədi

Hurriyyet.org xəbər verir ki, indiyə qədər 50-dən artıq növdə olan təyyarəni sınaqdan keçirmiş, təqaüddə olan rusiyalı general-mayor Maqomed Tolboyev beşinci nəsil qırıcılar olan Su-57 ilə F-35-i müqayisə edərək deyib: “Manevr qabiliyyəti daha yüksək olan Su-57 qarşısına çıxacaq bir F-35-i təkbətək mübarizədə asanlıqla məhv edə bilər”.
TASS informasiya agentliyi Tolboyevin sözlərini sitat gətirərək yazıb: “Su-57 qarşısına çıxacaq bir F-35-i təkbətək mübarizədə asanlıqla məhv edə bilər. F-35-in manevr qabiliyyəti aşağı olsa da, elektronik gücə malikdir. Bütün bunlara rəğmən, elektronik qabiliyyəti dəf eləmək, manevr qabiliyyətini dəf eləməkdən daha asandır”.
Ekspert müasir dövrdə artıq hərbi təyyarələrin təkbətək mübarizələrinin aparılmadığını söyləyib: “Müharibələr artıq elektronik hərbi taktikalar vasitəsi ilə aparılır. Savaşda taktika irəli çıxır”.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"nin məşqində bir dəqiqəlik sükut

SONRAKI XƏBƏR

"Qalatasaray" azarkeşlərindən pul yığır