ABŞ-ın yeni prezidenti Co Bayden and içdi - FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün andiçmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib.  

Andiçmə mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub. Mərasimdə Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilib. Andiçmə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb. ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər. Onlar andiçmə mərasimində iştirak etməyiblər.

Xatırladaq ki, Demokratları təmsil edən yeni ölkə başçısı ABŞ-ın 46-cı prezidentidir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Premyer Liqamızda 3 oyuna hakim təyinatları açıqlandı

SONRAKI XƏBƏR

Polad Bülbüloğlu Prezidentin çağırışına niyə səs vermədi? - ƏTRAFLI