Netanyahu da Tramp kimi gedəcək?

Netanyahu da Tramp kimi gedəcək?

İsrail baş naziri Benyamin Netanyahunun martda keçirilməsi planlaşdırılan seçkilərdən sonra vəzifəsi ilə vidalaşmalı olacağı xəbərləri yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun Tramp kimi kürsüsünü itirəcəyi müzakirə olunur. Seçkilərdə sağçı kəsimin səslərinin bölünəcəyi proqnozlaşdırılır. Seçkilərin gözlənilməz nəticələr doğuracağı da ehtimallar sırasında olsa da, hakim partiya olan Likud Partiyasının səs çoxluğu əldə edəcəyi bəllidir. Bu çoxluğun tək başına hökumət qurmağa imkan verəcək qədər olması isə gözlənilən deyil.

Təhlilçilər hesab edir ki, koalision hökumət məsələsinin gündəmə gəlməsi şəraitində Netanyahunun baş nazir ola bilməsi istisna edilən variantlardandır. Hətta Netanyahunun korrupsiya ittihamları ilə həbs ediləcəyi iddiaları da mövcuddur.

 

Mənbə: www.unikal.org