Fuat Oktay: “Qara Yanvar” şəhidlərimizin acısı hələ də qəlbimizdədir”

Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay 31 il öncə Azərbaycanda “20 Yanvar” faciəsində şəhid olanları ehtiramla yad edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Fuat Oktay bu barədə “Twıtter” səhifəsində yazıb.

Azərbaycanda müstəqilliyin simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən “20 Yanvar” qətliamı haqqında Fuat Oktay “Qara Yanvar şəhidlərimizin acısı hələ də qəlbimizdədir. 1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda həyatlarını fəda edən insanlarımızı rəhmətlə anıram”, deyə fikirlərini bildirib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Levandovskinin 21 qolu - Video

SONRAKI XƏBƏR

Paytaxtda polis əməliyyat keçirib - VİDEO