Çin Pompeo və 27 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq etdi

Çin Pompeo və 27 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq etdi

Çinin Xarici İşlər Nazirliyi bir sıra ABŞ vətəndaşlarına qarşı sanksiya tətbiq edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin XİN Donald Tramp administrasiyasında dövlət katibi olmuş Mayk Pompeo da daxil olmaqla, 28 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edildiyini bəyan edib.

"Çinin suverenliyini ciddi şəkildə təhdid edən və ABŞ-ın Çinlə əlaqəli məsələlərdə bu cür addımlarına xeyli dərəcədə cavabdeh olan 28 adama qarşı sanksiya tətbiq etməyə qərar verildi", - deyə Çin XİN-in açıqlamasında qeyd olunub.

Siyahıya Ağ Evdəki ticarət üzrə Milli Şuranın rəhbəri Peter Navarro, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft, ABŞ Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Aleks Azar və Donald Trampın keçmiş müşaviri Con Bolton da daxildir.

Mənbə: www.unikal.org