“20 Yanvarda şəhid olan 143 qardaşımızın acısı hələ də ürəyimizdədir”

“20 Yanvarda şəhid olan 143 qardaşımızın acısı hələ də ürəyimizdədir”

“20 Yanvar 1990-cı il… Can Azərbaycanın müstəqilliyi uğrunda Bakıda minlərlə dinc qardaşımıza mərmilərin yağdığı o qara gün...”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun tvitter hesabında yazıb.

“O gün şəhid olan 143 qardaşımızın acısı hələ də ürəyimizdədir. Qara Yanvar qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Unutmayacağıq!”, - deyə F.Altun qeyd edib

Qeyd edək ki, bu gün 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.

Mənbə: qafqazinfo.az