Bayden 4 ilini nəyə sərf edəcək?- ŞƏRH

Bayden 4 ilini nəyə sərf edəcək?- ŞƏRH

"Amerikanın qətlə yetirilən Prezidenti Con Kennedidən bu yana prezidentlərin 20 yanvar andiçmə mərasimlərində nəsə yadda qalan cümlələri olub. Kennedinin “Soruşma ki, Amerika sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən” cümləsindən tutmuş Barak Obamanın “Biz bacaracağıq” və ya Donald Trampın “Birinci növbədə Amerika!” cümləsinə qədər fərqli çıxışlarda vurğular olub.

Yeni Prezident Cozef Bayden isə hər şeydən danışsa da, xüsusi vurğuları olmadı. Görünür, Bayden qarşısına böyük hədəflər qoymayıb, sadəcə dedi ki, işləmək və problemləri həll etmək lazımdır".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Baydenin ilk hədəfi koronavirusla mübarizə olacaq:

"Tramp bu virusa ilk gündən fikir vermədi, başqalarına pis nümunə oldu, nəticədə Amerikada ölənlərin sayı 400 minə yaxınlaşıb. Bayden virus nəticəsində qapadılan iş yerlərini də açmalıdır. Bir sözlə, Baydenin Trampın qoyub getdiyi problemlərin həllinə yönəlik səyləri bir neçə ilini alacaq.

Həmin vaxta qədər də onun 4 ili bitəcək".

Xəzər

 

Mənbə: cebhe.info