"ABŞ-ın hekayəsi fərdə bağlı deyil, bu hamımızın hekayəsidir" - Co Bayden

ABŞ-ın 46-cı prezidenti Co Bayden artıq vəzifəsinə başlayır. Onu qarşıda nələr gözləyir? İndi həm də dünyanın maraqla gözlədiyi suallar budur.

Sherg.az xarici media istinadən xəbər verir ki, BBC-in Şimali Amerika müxbiri Antoni Zurger yeni liderin gələcəyi ilə bağlı şərh verib:

"Co Bayden önündə çətin işlər olduğunu bilir. O, qarşılaşacağı ən böyük çətinlikləri vurğuladı. Bu çətinliklərdən bəziləri koronavirus epidemiyası, məşğulluqda yaşanan itkilər, təhdid altındakı bir mühit, irq bərabərliyini təmin etməkdir. Onun siyasəti həddindən artıq mübarizələrlə keçəcək. Bayden, Ağ Evdə vəzifəyə başlayacağı andan bu problemlərə qarşı hazırladığı həll siyahısını yaxında təqdim edəcək, ancaq prezident olaraq ilk çıxışında bir resept təklif etdi - birlik. "Birlik olmasa barış olmaz, yalnız ağrı və hirs olar, bu bizim tarixi anımızdır."

Co Baydenin ilk mesajları

Andiçmə mətnini oxuyan ABŞ-ın 46-cı prezidenti Co Bayden bunları söylədi:

* Qiymətli qonaqlar, ABŞ vətəndaşları, bu gün ABŞ-ın günü, tarixə keçəcək bir gündür. ABŞ illərdir hər vaxt bir sınaq qarşısında qalmış və bu sınaqların öhdəsindən gəlmişdir. Bu gün də demokratiyanın zəfərini görürük. Xalqın iradəsi ortaya çıxmış və demokratiyanın daha qiymətli olduğu görünmüşdür. Dostlarım, bu gün demokratiya qazanmışdır.

* Biz xalq olaraq birləşdik, qalibiyyətimizi rəsmiləşdirdik. Hər iki partiyadan sələflərimə təşəkkür etmək istəyirəm. Konstitusiyamızın dayanıqlılığının nə qədər güclü olduğunun fərqindəyəm.

* ABŞ-ın hekayəsi fərdə bağlı deyil. Bu hamımızın hekayəsidir. Biz çox böyük bir xalqıq. Biz yaxşı insanlarıq. Savaşda və barışda o qədər irəliləyiş əldə etdik ki... Amma yenə də irəlidə hələ çox yol var. Təxmin etməmiz lazım olan çox, çox şey var.

Turan

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov

SONRAKI XƏBƏR

Hemoqlobin nədir? - Azalmasının insana TƏSİRLƏRİ