“Elə düşünürdük ki, Azərbaycan...” – Erməni drijordan şok etiraf

“1994-cü ildən bəri Ermənistan cəmiyyəti Azərbaycan qarşısında “məğlubedilməz olduğunu düşünürdü, amma bu düşüncə çürük çıxdı”.

Teleqraf.com xəbər verir ki, bunu erməni drijor Tiqran Hekekyan deyib.

“Bu illər ərzində cəmiyyətimiz məlumat istehlakçısına çevrildi. İnsanlar hər tərəfdən verilən məlumatlara asanlıqla inanır, bunları təkcə həzm etmir, həm də yayırdılar. Əlbəttə reallığı bilənlər də vardı”, - Hekekyan qeyd edib.

Erməni sənətçi “məğlubedilməzlik düşüncəsi”nin ölkəsinə baha başa gəldiyini bildirib:

“1994-cü ildən bəri biz qalib bir ölkə idik və düşünürdük ki, məsələ müzakirə etmədən həmişə bu şəkildə qalacaq. Bəs bu illər ərzində nə edildi, inandıq ki, nəinki statusu qoruyub saxlayacağıq, həm də irəli gedəcəyik. Amma getdikcə daha çox çürüyürdük”.

İndi deyənlər var ki, keçmişi unudaq, irəliləməyin vaxtıdır. Bəs irəliləmək üçün nə edilir? Heç nə. Bu gün hökumət absurd işlərlə məşğuldur”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Pakistanın müxtəlif universitetlərinin tələbələri üçün “Şəhidlikdən Qələbəyə” adlı mühazirə təqdim olunub

SONRAKI XƏBƏR

Növbəti şok: Özümüzü viruslardan qoruyarkən daha böyük təhlükə ilə üzləşirik