Kamal Kılıcdaroğlu: “Can Azərbaycanın 20 yanvar Milli Matəm gününü dərin hüzünlə yad edirəm”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu Azərbaycanın 20 Yanvar şəhidlərini ehtiramla yad edib.

APA-nın yerli bürosunun xəbərinə görə, “20 Yanvar” qətliamı haqqında Türkiyənin aparıcı müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu özünün “Twitter” səhifəsindən paylaşım edib.

"31 il öncə Azərbaycanın müstəqilliyi üçün yaşanan, müstəqillik simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anıram, Can Azərbaycanımızın Milli Matəm Günündə ortaq qəlb sızıltılarımızı dərin hüznlə paylaşıram”, deyə CHP lideri qeyd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya-ABŞ münasibətlərinin taleyini rus layihəsi müəyyənləşdirəcək

SONRAKI XƏBƏR

Kəlbəcər İcra Hakimiyyətinin başçısı 20 Yanvar şəhidinin ailəsini ziyarət edib