Ermənistan və ABŞ TRIPP proqramının həyata keçirilməsini müzakirə ediblər.
"Unikal" xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Görüş zamanı hər iki tərəf 8 avqust 2025-ci il tarixində Vaşinqton Sülh Sammitindən bəri əldə edilən əhəmiyyətli nailiyyətləri vurğulayıb. Regionun inkişaf potensialının tam reallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında sülhün vacibliyini vurğulayan həmsöhbətlər, həmçinin sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş mümkün addımları müzakirə ediblər.
Mənbə: unikal.az