Tramp Heqsetdən izahat istədi

Tramp Heqsetdən izahat istədi

ABŞ prezidenti Donald Tramp Kemp Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında müdafiə naziri Pit Heqsetdən İranla münaqişə fonunda raket ehtiyatlarının tükənməsi ilə bağlı izahat tələb edib.

Məlumatı "The Washington Post" qəzeti mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, Tramp Heqsetdən "indi İrana qarşı hərbi seçimləri məhdudlaşdırmaqla hədələyən kəskin sursat çatışmazlığı ilə bağlı niyə yanıldığını izah etməsini" tələb edib.

Qarşıdurma iyulun 31-dı baş verib və mənbələrə görə, Tramp sursat probleminin "artıq həll olunduğuna" inanırdı.

Qəzetin mənbələrindən birinin məlumatına görə, Trampın son günlərdə İrana qarşı əlavə kütləvi zərbələr endirməkdən imtina etməsinin səbəblərindən biri sursat çatışmazlığı, xüsusən də uzaqmənzilli idarə olunan raketlər və zenit-məhvedici qurğuların çatışmazlığı olub.

Dünən Tramp Las-Veqasda keçirilən mitinqdə lazımsız itkilərin qarşısını almaq üçün İranla razılığa gəlməyə üstünlük verəcəyini bildirib: "İnsanları öldürmək istəmədiyim üçün razılığa gəlməyi üstün tuturam".

ABŞ prezidenti danışıqların davam etdiyini və bundan sonra nə baş verəcəyini hələ bilmədiyini qeyd edib.

Mənbə: musavat.com