Zelenski onları vəzifədən azad etdi

Zelenski onları vəzifədən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski dörd ölkədəki səfirləri vəzifədən azad edib.

Bu barədə “İnterfaks-Ukrayna” informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Zelenski Ukraynanın Xorvatiya, Albaniya, Monteneqro və Pakistandakı səfirlərini vəzifədən çıxarıb.

Xorvatiya Respublikası, Albaniya, Monteneqro və Pakistandakı səfirlər müvafiq olaraq Vasili Kiriliç, Vladimir Şkurov, Oleq Qerasimenko və Markiyan Çuçuk olublar.

Mənbə: qafqazinfo.az