Ruslara ŞOK ÇAĞIRIŞ - Ermənistana səfərlərdən imtina edin

Ruslara ŞOK ÇAĞIRIŞ - Ermənistana səfərlərdən imtina edin

Rusiya turistlərinə müntəzəm saxlanılmalar səbəbindən Ermənistana səfərlərdən imtina etmək tövsiyə oluna bilər.

Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyanla telefon danışığında bildirib.

O qeyd edib ki, Ermənistanda rusiyalıların üçüncü ölkələrin sorğusu ilə saxlanılması sistemli xarakter almağa başlayıb.

"Belə təcrübə davam edəcəyi təqdirdə Rusiya öz turistlərinə respublikaya səfər etməməyi tövsiyə etməyə məcbur olacaq", - deyə Matviyenko bildirib.

Bundan əlavə, tərəflər parlamentlərarası qarşılıqlı fəaliyyəti, eləcə də humanitar və mədəni əməkdaşlığı müzakirə ediblər.

Hüseyn İbadlı

Mənbə: publika.az