Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

Tacikistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində 18 aprel tarixindən bağlanan məscidlərin fəaliyyəti 1 fevraldan bərpa edilir.

Ölkənin əməliyyat qərargahı, fərdi və ictimai gigiyena qaydalarına ciddi riayət edilməsinin və məscidlərdə tibbi maskaların məcburi şəkildə geyinilməsinin vacib olduğunu bildirib.

Qərərgah bildirib ki, fərdi və ictimai gigiyena tələblərinə cavab verməyəcək məscidlərin fəaliyyətləri qadağan ediləcək.

Tacikistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bu ölkədə koronavirusa yoluxma sonuncu dəfə yanvarın 10-da qeydə alınıb.

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələri yoxdur.

Mənbə: www.interaztv.com