Məni baş nazir seçirsiniz və... - Paşinyana ŞOK TƏKLİF

Məni baş nazir seçirsiniz və... - Paşinyana ŞOK TƏKLİF

Ermənistan baş naziri və komandasına baş nazir seçilməyimlə bağlı memorandum imzalanmasını təklif etmişəm.

KONKRET.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

Bu təklifə əsasən, hakim partiya onu 1 oktyabra qədər baş nazir seçir. Bu tarixdə isə parlament seçkisi keçirilir.

Marukyan həmin gün istefaya gedəcəyini və bir daha namizədliyini irəli sürməyəcəyini vurğulayıb./axar.az/

Qeyd edək ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün partiyalarla danışıqlar aparır.

Mənbə: konkret.az