“Paşinyanın Şuşa etirafı onun məğlubiyyətinin, bizim qələbəmizin nəticəsidir”

“Paşinyanın Şuşa etirafı onun məğlubiyyətinin, bizim qələbəmizin nəticəsidir”

Fikrət Sadıqov: “Sadəcə Şuşa deyil, bütün Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır”

Məlum olduğu kimi, Ermənistanparlamentindəki müzakirələr zamanı millət vəkili Naira Zohrabyanın Şuşanı itirmədənmüharibəni bitirməyin mümkünlüyü ilə bağlı sualına cavab verən Paşinyan,Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib:

 

“Müzakirə prosesininbütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdətutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin90%-i azərbaycanlılar idi. Yəni, siz demək istəyirsiniz ki, əhalisinin90%- dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”.

 

Paşinyanın bu açıqlaması,Şuşanın qədim Azərbaycan şəhəri olması ilə bağlı Ermənistan hakimiyyətinintarixi etirafı hesab edilə bilərmi?

 

Moderator.az-a açıqlamaverən keçmiş diplomat, politoloq Fikrət Sadıqov, sadəcə Şuşanın deyil, bütünDağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edib:

 

“Paşinyanın ifadəsinə birdüzəliş etmək istərdim. Bu da ondan ibarətdir ki, sadəcə Şuşa deyil, bütünDağlıq Qarabağ Azərbaycan ərazisidir. Yəni bizə məxsus olan və bizə məxsusluğuhər kəsə məlum olan bir şəhərlə bağlı belə bir fikir bildirmək qəhrəmanlıqdeyil. Biz də, erməni tərəfi də bunu yaxşı bilir. Ermənilər Qarabağın Azərbaycantorpağı olduğunu da bilirlər. Sadəcə olaraq, müəyyən oyunlar təşkil etməklə məşğuldurlar..Guya müəyyən torpaqlar azərbaycanlılara, müəyyən torpaqlar isə ermənilərə məxsusdur.

 

Paşinyanın bu bəyanatıonun məğlubiyyətinin, bizim qələbəmizin nəticəsidir. Biz praktikiaddımlarımızla sübut etmişik ki, həm Şuşa, həm də Dağlıq Qarabağ Azərbaycana məxsusolan torpaqlardır. Biz bunu heç vaxt şübhə altına salmamışıq.

 

Paşinyanın Şuşa ilə bağlıetirafı ona işarə edir ki, həm müxalifət, həm onu dəstəkləyən qüvvələr başadüşsün ki, Ermənistan bunu etiraf edir, amma onların etirafı cüzi xarakterdaşıyır. Yəni biz Şuşanı Azərbaycan şəhəri kimi tanıyırıq, amma digər rayonlarıyox. Ona görə də heç kəsi aldatmaq lazım deyil. Tək Şuşa deyil, bütün DağlıqQarabağ Azərbaycana məxsusdur. Bunu Paşinyan da, onu dəstəkləyənlər də, ermənimüxalifəti də başa düşməlidir”.

 

Seymur ƏLİYEV

Mənbə: moderator.az