Avrasiya İqtisadi Birliyi (AİB) əsaslandığı prinsipləri tam şəkildə həyata keçirmir.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bu, müəyyən məhdudiyyətlər və inzibati tədbirlərlə maneə törədilən malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə aiddir. Bu, biznes şəraitinin proqnozlaşdırıla bilməsini və inteqrasiya proseslərinin effektivliyini azaldır.
Onun sözlərinə görə, bu problemlərə məhəl qoyulmazsa, Avrasiya İqtisadi Birliyinin gələcək inkişafı ləngiyə bilər və vətəndaşların və biznes ictimaiyyətinin bu birliyə münasibəti pisləşə bilər”.
Mənbə: publika.az