"Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-dür”
Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının xaricdə 70 səfirliyi mövcuddur:
"Hazırda Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-dür. Bunlara 70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi daxildir”.
"Bu il, həmçinin Portuqaliyada Səfirlik açılması barədə qərar mövcuddur”,-deyə Ayxan Hacızadə bildirib.
Mənbə: azxeber.com