Deputat şəhid ailələrinin müraciətini həll etdi - FOTOLAR

Deputat şəhid ailələrinin müraciətini həll etdi - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonundan şəhid olmuş igid Azərbaycan oğullarının məzarını ziyarət edib, onların ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Anar Məmmədov şəhidlərin valideyinlərinə baş sağlığı verərək, igid övladlarının vətənin azdlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək şəhid olduqlarını və onların hər zaman Azərbaycan xalqının qəlbində yaşaycağını bildirdi.

Press.az-ın məlumatına görə, görüş zamanı şəhid valideynləri və kənd ağsaqqalları hər iki şəhid ailəsinin yaşadığı küçədə yolun vəziyyətinin istifadə üçün yararsız olduğunu bildirdilər. Deputat dərhal tapşırıq verərək şəhid ailələrinin müraciətini həll etdi və seçicilərini narahat edən məsələlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

Mənbə: press.az