"Barsa"da prezident seçkilərinin yeni tarixi açıqlandı

"Barsa"da prezident seçkilərinin yeni tarixi açıqlandı

"Barselona”da prezident seçkilərinin yeni tarixi müəyyənləşib.

Sport7.az. xəbər verir ki, seçkilər martın 7-də baş tutacaq.

Bu barədə prezident vəzifəsini icra edən Karles Tuskets və namizədlər arasında razılıq əldə olunub. Joan Laporta, Viktor Font və Toni Freyşanın qatıldığı görüşdə baş məşqçi Ronald Kuman da iştirak edib. Seçkilərdə poçtla da səs vermək mümkün olacaq.

Öncədən yanvarın 24-nə təyin olunan seçkilər koronavirus məhdudiyyətlərinə görə təxirə salınıb.

Mənbə: sport7.az