Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və hər hansı məxfi xarakterli vəzifə tutmaq imkanını məhdudlaşdırıb.
Bunu Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X"də bildirib.
O qeyd edib ki, qərar prezident təyyarəsinin xüsusiyyətləri ilə bağlı məxfi məlumatların KİV-ə icazəsiz açıqlanması ilə əlaqədardır.
Qeyd edək ki, Kendall Co Baydenin prezidentliyi dövründə (2021-2025-ci illərdə) Hərbi Hava Qüvvələri naziri vəzifəsini icra edib.
Mənbə: publika.az