“Ermənistanla Azərbaycan arasında sülh bəyannaməsinin imzalanması və Vaşinqton Sammitinin ildönümü münasibətilə hər kəsi təbrik edirəm”.
Bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
O bildirib ki, Ermənistan sülhün əldə olunmasından xeyli faydalana bilib:
“Bəziləri Azərbaycan və Ermənistan arasında sülhü olacağına inanmırdılar. Bizi günahlandırırdılar. Amma artıq hər kəs görür, sərhəddə atışma yoxdur, sülh qurulub. Ermənistan da bundan faydalana bilib. Azərbaycan vasitəsilə dünyaya yolumuz açılacaq. Həmçinin Türkiyə ilə də dəmir yoluna tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”.
Mənbə: www.bakupost.az