“Onların kin və nifrətinin hədəfində hər zaman türk xalqları olub”

“Onların kin və nifrətinin hədəfində hər zaman türk xalqları olub”

Tofiq Abbasov: “Erməni cəmiyyətində neqativizm deyilən təhlükəli sindrom mövcuddur”

Paşinyanın Şuşanın Azərbaycanşəhəri olması ilə bağlı açıqlaması Ermənistan cəmiyyətində narazılıq doğurub.Parlament qarşısına toplaşan ermənilər Paşinyanın bu ifadəsinin Ermənistanın maraqlarınazidd olduğunu vurğulayıb və baş nazirə öz etirazlarını bildiriblər.

Ermənistan cəmiyyətininPaşinyanın bəyanatına verdiyi bu reaksiya erməni toplumunun bu gün də tarixi həqiqətivə mövcud reallığı qəbul etməkdə çətinlik çəkməsinin göstəricisi sayıla bilərmi?

Moderator.az-a açıqlamaverən politoloq Tofiq Abbasov, erməni cəmiyyətində psixoloji baxımdan təhlükəlisiondromların mövcud olduğunu vurğuladı:

“Erməni cəmiyyətində təhlükəlisindrom var. Psixiatriya sahəsinə aid neqativizm deyilən termin var. Neqativizmözü-özlüyündə bədgümanlıqdır. Bu cərəyanın arxasında həmişə sindromlu vəziyyət dayanır.Bu da hər zaman hər şeydən narazı, hər şeydən gileylənən insanlara xasdır. Paradoksda ondan ibarətdir ki, bu narazı insanlar adətən günahı özlərinbdə deyil,başqalarında görürlər. Bu baxımdan erməni cəmiyyətində bu sindromun kütləvi şəkildəmövcudluğunu müşahidə edirik. Bu özü-özündə nadir göstəricidir. Ermənilər həmişənarazı və iddialı olublar. Onların bütün kin və nifrətinin hədəfində türkxalqları olub. Bu gün də erməni cəmiyyətində məhz bu sindrom müşahidə edilir.Hansı ki, bu vəziyyət erməni cəmiyyətinin gələcəyinə yaxşı heç nə vəd etmir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az