David Zalkaliani: “Azərbaycanlı həmkarımla münasibətlərin inkişaf perspektivlərini müzakirə etdim”

David Zalkaliani: “Azərbaycanlı həmkarımla münasibətlərin inkişaf perspektivlərini müzakirə etdim”

“Azərbaycanlı həmkarım Ceyhun Bayramova Gürcüstan baş nazirinin müavini təyin olunmağım münasibətilə təbrikinə görə təşəkkür edirəm”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

“Gürcüstan və Azərbaycan arasında uzunmüddətli münasibətlərin və strateji tərəfdaşlığın inkişafı üçün perspektivlər də daxil olmaqla bir sıra məsələləri müzakirə etdik. Bütün bölgədə sülhün qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb”, - o qeyd edib.

Qeyd edək ki, bu gün hər iki ölkənin XİN başçıları arasında telefon danışığı baş tutub.

Mənbə: pia.az