Bu ölkədə hərbi xidmət müddəti uzadıldı - Türkiyəyə qarşı...

Bu ölkədə hərbi xidmət müddəti uzadıldı - Türkiyəyə qarşı...

Yunanıstan quru qoşunları üçün 9 aylıq hərbi xidmətin müddətini bir ilə qaldırıb. Qərar may ayından tətbiq ediləcək. Müdafiə naziri Nikos Panqiotopoulos bəyan edib ki, qərar Baş nazir Miçotakisin Silahlı Qüvvələr personalının inkişafı təlimatına uyğun alınıb.

Teleqraf.com xəbər verir ki, bu qərarın Türkiyə ilə sərhəd və Egey dənizi adalarında xidmət keçən əsgərlərə şamil edilməyəcəyi gözlənilir.

Yunan mediasının xəbərinə görə, müdafiə naziri Yunanıstana 18 ədəd Fransa istehsalı olan "Rafale" qırıcılarının tədarükü üçün anlaşmanı imzalamaq məqsədilə bazar günü Fransa Müdafiə naziri Florence parly ilə müzakirələr aparacaq.

Mənbələrə görə, Fransa Müdafiə Nazirliyi ayrıca 122 metrlik Belharra sinifinə aid 4 ədəd katerin tədarükü üçün Afinaya təkliflər təqdim edəcək.

 

Mənbə: teleqraf.com