Borrell: “Avropa Birliyi yenidən ABŞ-la işləməyə hazırdır”

Borrell: “Avropa Birliyi yenidən ABŞ-la işləməyə hazırdır”

Avropa Birliyi Xarici İşlər üzrə rəhbəri Cozep Borrell Brüsselin Vaşinqtonda hakimiyyətə gələn yeni rəhbərliyi alqışladığını və müxtəlif qlobal problemlərin öhdəsindən gəlmək üçün Bayden hökuməti ilə işləməyə hazır olduğunu bildirib.

APA “Teletrader”ə istinadən xəbər verir ki, Borell bu barədə ABŞ-ın yeni prezidenti Baydenin qlobal ittifaqları canlandırmaq planlarını şərh edərkən şəxsi bloqunda yazıb.

“Transatlantik ortaqlıq digər münasibətlərdən daha çox beynəlxalq əlaqələri və qlobal nizamı formalaşdırıb. Bu, yalnız təhlükəsizlik üçün əvəzolunmaz ən strateji əlaqəmizdir”, deyə Borrell vurğulayıb.

O, əlavə edib ki, transatlantik bölgə, eyni zamanda demokratiya, qanunun aliliyi və çoxtərəfliliyə dayanan bir dünya düzənini davam etdirmək ən doğrusudur.

“COVID-19 və qlobal sağlamlığı, ticarət və texnologiyanı, qlobal fəaliyyət və təhlükəsizliyi əhatə edən qlobal dəyişikliklərdə yeni ABŞ Dövlət katibi Antoni Blinkenlə birlikdə çalışacağımı səbirsizliklə gözləyirəm. Xüsusilə, ABŞ-ın Paris İqlim Sazişinə və Dünya Səhiyyə Təşkilatına qayıtmaq qərarını alqışlayıram”, - Borell sözlərinə əlavə edib.

Mənbə: apa.az