Navalninin köməkçiləri həbs ediliblər

Navalninin köməkçiləri həbs ediliblər

Rusiya polisi müxalifət lideri Aleksey Navalnının yaxın köməkçilərini həbs edib.

Navalnının mətbuat katibi Kira Yarmış sərbəst toplaşmaq azadlığı haqqında qanunları pozmaqda ittiham olunub.

Bu gün Moskvada Navalnı tərəfdarlarının kütləvi etiraz aksiyası gözlənilir. Tərəfdarları Navalnının sərbəst buraxılmasını tələb edirlər.

Moskva meri Sergey Sobyanin istənilən icazəsi aksiyanın dağıdılacağını bildirib.

“23 yanvar tarixində kütləvi etiraz aksiyasına çağırışlar var. Hesab edirəm ki, aksiyanın keçirilməsi qəbuledilməzdir. Xüsusilə, azyaşlıların bu aksiyaya cəlb edilməsinə yol vermək olmaz. Bu, həyasız hərəkətdir. Valideynləri bu məsələyə diqqət etməyə çağırıram. Uşaqlarınızın həyatını təhrikçilərin maraqları üçün riskə atmayın” - deyə Sobyanin vurğulayıb.

Qeyd edək ki, Navalnı ötən həftə Almaniyadan ölkəsinə qayıtdıqdan sonra həbs edilib.

O, “Kirovles” işi üzrə haqqında müəyyən edilən şərti cəzaçəkmə müddəti qaydalarını pozduğu üçün saxlanılıb.

Navalnı “Noviçok” tipli maddə ilə zəhərləndiyi üçün müalicə almaq məqsədilə Almaniyaya getmişdi.

Müxalifət lideri, eyni zamanda, bir sıra Qərb ölkələri ona qarşı törədilən sui-qəsdin Rusiya hökuməti tərəfindən təşkil edildiyini iddia edir.

Mənbə: www.realtv.az