Ermənistanda revanşist qüvvələr TRİPP (Zəngəzur dəhlizi) layihəsinin qarşısını almağa çalışır.
Publika.az -a istinadən xəbər verilir ki, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyası TRİPP layihəsinin əleyhinə çağırış edib.
Fraksiyanın katibi Artur Xaçartyan bildirib ki, Ermənistanın qərb (Türkiyə) və şərq (Azərbaycan) qonşuları kommunikasiyaların açılmasına hazırlaşırlar: “Lakin bununla bağlı yalnız İrəvanın öhdəlikləri var, Bakıdan isə heç bir yazılı zəmanət yoxdur. TRİPP layihəsində bərabərlik və qarşılıqlı faydadan bəhs olunur, halbuki, Ermənistan malları üçün bərabər şərtlər yoxdur”.
Erməni deputat iddia edib ki, “maneəsiz tranzit” qarşılıqlı fayda və bərabərlik açıqlamalarına uyğun gəlmir.
“Bərabərlik olmalıdırsa, o zaman, Ermənistan verəcəyi “maneəsiz tranziti”n eynisini almalıdır. Amma bu haqda danışılmır”, – Xaçatryan qeyd edib.
Mənbə: globalinfo.az