Yeni ABŞ hökuməti "Ənsarullah" barədə qərarı nəzərdən keçirəcək

Yeni ABŞ hökuməti "Ənsarullah" barədə qərarı nəzərdən keçirəcək

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti əvvəlki hökumətin Yəmənin "Ənsarullah" hərəkatını "xarici terror təşkilatları" siyahısına daxil etmək qərarını nəzərdən keçirəcəyi bildirilib.

Bu barədə "Reuters"ə danışan departamentin sözçüsü prosesin başladıldığını ifadə edib.

Bu yaxınlarda ABŞ Maliyyə Nazirliyi Yəməndəki "Ənsarullah" hərəkatının terror təşkilatları siyahısına daxil edildiyini bildirmişdi.

Mənbə: eastnews.org