Ermənilərin dağıtdığı məktəblərin şagirdləri təhsilə cəlb ediləcəkmi? - Nazir açıqladı

Ermənilərin dağıtdığı məktəblərin şagirdləri təhsilə cəlb ediləcəkmi? -  Nazir açıqladı

Azərbaycanın cəbhəboyu və ətrafyaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmasınəticəsində təxminən 1150 məktəbdə 300 minə yaxın şagirdin təhsil-təlimprosesini davam etdirmək mümkünsüz olub.

Xezerxeber.az xəbər verirki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Xəzər TV-nin "Vaxtı Gəldi!”proqramının qonağı olan E.Əmrullayev bildirib ki, ermənilərin raket atəşi nəticəsində54 məktəbə bu və digər şəkildə ciddi ziyan dəyib. Nazirin sözlərinə görə,hazırda həmin məktəblərin bərpası istiqamətində işlər görülür.

E. Əmrullayev əlavə edib ki,fevral ayının 1-nə kimi məktəblərin əksəriyyəti tam bərpa ediləcək və ibtidaisinif şagirdləri üçün tədrisə başlanacaq: "Böyük dağıntıya məruz qalmış məktəblərinşagirdlərinin isə qonşu təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutulur. Amma ola bilərki, həmin məktəblərin bir neçə otağı təmir edilərək müvəqqəti olaraq dərslər orada keçirilsin. Bununla bağlı qərarlarınqəbul edilməsi üçün iş aparılır”.

Nazir xatırladıb ki, ermənilərinGəncə, Naftalan və Bərdə şəhərlərinə raket hücumları nəticəsində 10 şagird həlak olub.

Mənbə: xezerxeber.az