ABŞ-ın Azərbaycandakı səfirliyində "20 Yanvar" ın 31-ci ildönümünə həsr olunan tədbir keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində "20 Yanvar" ın 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

REAL -ın ABŞ bürosu xəbər verir ki, tədbirə ABŞ-da yaşayan azərbaycanlı fəallar və səfirlik işçiləri qatılıb. Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tariximizdə ilk dəfə bu günün qalib bir dövlət kimi qeyd olunduğunu söyləyib.

Səfir ölkəmizin müstəqillik qazanması üçün "20 Yanvar" ın əhəmiyyətini vurğulayıb. Azərbaycanlıların etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq müstəqillik və azadlıq uğrunda mübarizə apardıqlarını və həyatları bahasına müstəqillik əldə etdiklərini qeyd edib. 20 Yanvar hadisələrinin xalqımıza qarşı bir cinayət olduğunu və bir çox günahsız mülki şəxsin öldürülməsinin Azərbaycan xalqını qorxutmadığını və istiqlal iradəsini gücləndirdiyini vurğulayıb. Tədbirdə çıxış etmək üçün dəvət olunan ABŞ-dakı Azərbaycan diasporasının fəal və tanınmış nümayəndəsi Həbib Azərsina “20 Yanvar” hadisələrinin bütün dünya azərbaycanlıları üçün birləşdirici amil olduğunu söyləyib. Tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

“Müharibədə təkcə bir seqment üzrə 200 milyon dollar itirdik” - Vardanyan

SONRAKI XƏBƏR

"Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı"