Ermənistanın baş qərargah rəisi Amerika səfirinin yanına getdi

Ermənistanın baş qərargah rəisi Amerika səfirinin yanına getdi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Onik Qasparyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi və səfirliyin hərbi attaşesi polkovnik Skott Maksvell ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti görüşdə müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığı ilə bağlı məsələlərin müzakirə edildiyi barədə açıqlama yayıb.

Tərəflər gələcək əməkdaşlıq proqramlarını müəyyənləşdirib, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə toxunublar.

Mənbə: virtualaz.org