"Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı"

“Müharibə bitdikdən və imzalanan təslimçilik aktından sonra iqtidar deputatları heç bir şey olmamış kimi özlərini daha sərbəst aparmağa başlayıblar. Arxayınlıqla ilk danışan Milli Məclisin vitse-spikeri Lena Nazaryan oldu. O, xalqın həqiqətən Paşinyana səs verdiyini və deputatların da səslərinin əslində indiki Baş nazirə aid olduğunu bildirdi. Bu açıqlamadan bir neçə həftə sonra millət vəkili Sofya Hovsepyan hakim fraksiyadan imtina etdi. Hovsepyanın gedişinə ilk reaksiyanı “Vətəndaş birliyi” Partiyasının mətbuat katibi Vahaq Aleksanyan verdi. O dedi ki: “İndiki halda seçki keçirilsəydi, Hovsepyan eyni seçki məntəqəsində, eyni bülletendə “Nikolanın arxa çantası” kimi qeyd edilərdi. İnamla deyirəm ki, aşağıdan birinci yeri tutardı”.

KONKRET.az xəbər verir ki, bu sətirlər “Politik.am” nəşrinin dünənki səhifəsində yer alıb.

Yazıda daha sonra deyilir: “Hakimiyyət orqanları onsuz da komandalarından olan ən azı 82 deputatın heç bir şey etmədiyini yaxşı bilir. Bəs elə isə niyə xalqın ödədiyi vergilərdən onlar milyonlarla dollar maaş və mükafatlar alırlar? Hazırkı komandaya xərclənən məbləğlərin hansısa bir sahəyə qoyulması və əldə olunan gəlirlərin dövlət büdcəsini doldurması Ermənistan üçün daha məqsədəuyğun olardı. Məsələn, hökumət 82 millət vəkilinin illik maaşlarını, mükafatlarını və digər xərclərini kənd təsərrüfatının inkişafına yatıra bilər. Hökümət bir millət vəkili əvəzinə ildə bir buzov doğan 8 inək ala bilər. Və bu inək ildə ən az 3000 litr süd verər. Beləliklə, 82 deputat əvəzinə, ildə 656 buzov verən (bir buzovun dəyəri 120 min dram, cəmi 78 milyon dram) və 1 milyon 968 min litr süd verən 656 inək sürüsü ala bilərdi. (1 litr süd ən azı 150 dram, cəmi 295 milyon 200 min dram). Nəzərə alaq ki, dana və inəklər Ermənistanın mülkiyyəti olacaqdı və süd və ətdən xeyli gəlir əldə edəcəkdi”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın Azərbaycandakı səfirliyində "20 Yanvar" ın 31-ci ildönümünə həsr olunan tədbir keçirilib

SONRAKI XƏBƏR

Tərxis olunan əsgərimiz evləndi