Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət edildi

Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət edildi

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Cebhe.info xəbər verir ki, bu haqda deputat məlumat yayıb.

Bildirib ki, deputat və başçı şəhidlərin yaxınları və valideynləri ilə həmsöhbət olub. Onlara vətən üçün canından keçən belə övladlar böyütdükləri üçün təşəkkür edib.

Görüşlərdə vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər heç vaxt diqqətdən kənarda qalmayacaq və onlar üçün hər cür şərait yaradılacaq.

Vilayət Muxtar

Mənbə: cebhe.info