"İran Qarabağ müharibəsinin tez bitməsini istəyirdi" - Tarasovun ŞƏRHİ

"İran Qarabağ müharibəsinin tez bitməsini istəyirdi" - Tarasovun ŞƏRHİ

Yaxın günlərdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük bir xarici tura çıxacaq. İranın “Mehr” xəbər agentliyi nazirin sözlərini sitat gətirib: “Gələn həftə Qafqaz və Rusiyaya səfər etməyi planlaşdırıram”. Səfərin yalnız Bakıda və İrəvandakı hissəsini nəzərə alsaq, onda Qafqaz üçün konkret danışıqlar gündəliyi var.

“Mehr” yazır: “Tehranın Qarabağ probleminin həllinə, eyni zamanda bölgədə sülh və sabitliyin bərqərar olmasına verdiyi töhfə nəticəsində yeni əməkdaşlıq imkanları, o cümlədən İran şirkətlərinin bu bölgənin bərpasında iştirak perspektivləri yaranır”. Qarabağ müharibəsinə son qoymaq üçün Rusiya, Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsi imzalanması beynəlxalq nəqliyyat dəhlizi olan “Şimal-Cənub” layihəsinin imkanlarını daha da artıracaq və yeni rabitə dəhlizlərindən istifadə imkanları yaradacaq.

Səfərin Moskva gündəliyinə gəldikdə, bu, daha genişdir: Suriya, Fars körfəzi, Əfqanıstan və ABŞ-ın İranın nüvə anlaşmasına geri dönməsi. Baxmayaraq ki, bu məsələlərdə iki dövlətin də ortaq maraqları və ortaq düşmənləri var. ABŞ-ın yeni rəhbəri Co Baydenin “Birgə Hərtərəfli Fəaliyyət Planı”na münasibəti yeni olacaq. Yəni Vaşinqton İranın nüvə sazişindəki iştirakını ilkin şərt olmadan davam etdirə bilər. Bu və ya digər tərəfdən irəli sürülən ilkin şərtlər üçün bəzi başqa variantlar görünə bilər. Ancaq hər halda, bu, Tehranı dünya siyasətinin “üst liqasına” qaytarır və buna görə hər şeydən əvvəl regional əhəmiyyətini artırır. Şübhə yoxdur ki, Tehran bu mühüm nüansı Bakı və İrəvandakı danışıqlarda geosiyasi gündəliyə müəyyən düzəlişlər etmək üçün istifadə edir.

44 günlük Qarabağ müharibəsi zamanı İran da, Rusiya kimi, bitərəf mövqe tutub və son dərəcə ehtiyatlı davranıb. Ancaq ATƏT-in Minsk qrupunun üzvü olmadığı üçün deyil. Onun siyasəti başqa bir şərtlə şərtləndirilib: ölkənin şimalında türkdilli bir əhalinin olması.

“Habertürk”ün fikrinə görə, Qarabağ müharibəsi süründürülərsə və Suriyanın, əsasən türkmanlar arasından olan döyüşçülər Ankaranın təklifi ilə döyüşə cəlb edilərdi və bu da İran azərbaycanlılarının hərbi əməliyyatlara qoşulması təhlükəsi yaradardı. Bu cür hadisələrin qarşısını almaq üçün Tehran ölkənin şimalında “IRGC” baraj dəstələrini yerləşdirdi. Qəzetin yazdığına görə, “belə bir vəziyyət eyni zamanda İsrail və ABŞ-ın İrandakı mümkün hərəkətlərinin qarşısını almaq üçün zəruri bir şərt olaraq qəbul edildi”.

Vəziyyətin Tehran tərəfindən şərhinə gəldikdə isə türklərin Azərbaycandakı varlığı, daha doğrusu, hərbi səviyyədə möcudluğu İranı ciddi narahat edir.

Bundan əlavə, türk mediasında müəyyən şərtlərdə Ankaranın “Şimali-Güney Azərbaycan” düsturunu konsepsiya etmək səylərini aktivləşdirmək çağırışları yer alırdı. Buna görə də İranın “Javan” nəşrinin yazdığı kimi, “Tehran Moskvanın Qarabağ müharibəsini bitirmək səylərini və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda görünməsini dəstəklədi. Çünki bu, Ankaranın bölgəyə gəlişinin qarşısını aldı”.

İndi İranın qarşısında müharibə bitdikdən sonra Qarabağ nizamlanmasında rolunu və əhəmiyyətini müəyyənləşdirmək üçün yeni geosiyasi şəraitdə Bakı və İrəvanla qarşılıqlı əlaqə qurmaq vəzifəsi durur. Bəlkə də bəzi variantlar tapılacaq. Lakin bu, Bakı və İrəvana etdiyi səfərlər zamanı Zərifin həll edə biləcəyi asan bir iş deyil.

Vəziyyətin digər bir özəlliyi İran və Rusiyanın, Azərbaycan və Türkiyədən fərqli olaraq Ermənistanla tamhüquqlu münasibətlərdə olmasıdır. Ankara bu günə qədər yalnız üfüqdə İrəvanla diplomatik əlaqələrin bərpa olunmasının mümkünlüyünə işarə edir.

Bakı isə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə bir rabitə dəhlizi yaratmaq layihəsini fəal şəkildə təbliğ edir. Yeri gəlmişkən, Naxçıvan mövzusu İran üçün həssas məsələdir. Çünki indiyədək Azərbaycandan muxtariyyətə gedən yol İran ərazisindən keçir. Yeni dəhlizin işə salınması Tehranın Bakı üzərindəki təsirini azaldacaq. Türkiyə isə İran və ya Gürcüstanı keçmədən Azərbaycana giriş əldə edəcək. Əlbəttə ki, yeni tənzimləmə prosesində Ankara və Bakının əsas hədəfi Tehranı oyundankənar qoymaqdır. Ancaq görünən odur ki, Tehranın özü və onun maraqları nəzərə alınmadan bu məsələni həll etmək asan olmayacaq. Çünki regional baxımdan, İran və Türkiyə iqtisadi maraqlardan başlayaraq geosiyasi məsələlərlə bitən bir çox nüanslarda açıq rəqiblərdir.

Stanislav Tarasov, “Regnum” nəşri, 22 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev

Mənbə: konkret.az